Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda zoonoz xəstəlik aşkarlanıb

media-ads_728_90

Gürcüstandan Azərbaycana gətirilən dörd baş heyvanda zoonoz xəstəlik aşkarlanıb.

‘’TV1’’ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında bildirilir.

Qeyd olunur ki, mayın 5-də “Aqrovest MT” MMC tərəfindən Gürcüstanın “Universal Export” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 89 baş kəsimlik diri iribuynuzlu heyvan kliniki və laborator müayinədən keçirilib.

Nəzarət tədbirləri zamanı dörd baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub.

Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb. Bu halın təkrarlanmaması üçün Gürcüstanın aidiyyəti qurumuna rəsmi müraciət ünvanlanıb.

media-ads_728_90
Paylaş