media-1200x100

Hadrut və Tuğ kəndinin daxili yollarının tikintisi üçün 13 mln. manat xərclənəcək

media-ads_728_90

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində daxili yolların tikintisi üçün 13 milyon manata yaxın vəsait xərclənəcək.

“TV1” xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı sentyabrın 16-da tender keçirib.

Hadrut qəsəbəsi və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi “İnşaatçı-Neftçi” MMC seçilib. Şirkətlə 12 milyon 933,4 min manat dəyərində müqavilə imzalanıb. /apa/

media-ads_728_90
Paylaş