Hafiz Səfixanov: "Azərbaycan minatəmizləmə prosesinə büdcəsindən ayırdığı vəsaitə görə dünyada liderdir" - ÖZƏL/VİDEO

media-ads_728_90

“Azərbaycan minatəmizləmə prosesinə büdcəsindən ayırdığı vəsaitə görə dünyada birinci yerdədir. Bu bir daha onu göstərir ki, minatəmizləmə prosesi Azərbaycan üçün çox prioritet məsələdir”.

Bu fikirləri “TV1”-ə özəl açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri, Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) İctimai Şuranın katibi Hafiz Səfixanov deyib.

O bildirib ki, minaların təmizlənməsi külli miqdarda vəsait tələb edən bir prosesdir:

“Bütün bu proseslərin hamısı demək olar ki, Azərbaycannın dövlət büdcəsi hesabına həyata keçirilir. Çünki xaricdən aldığımız yardım problemə adekvat deyil. Bütün minatəmizləmə prosesinə sərf olunan vəsaitin 95 %-i dövlət büdcəsi hesabına həyata keçirilir”.

Mətanət Əliyeva

Daha ətraflı videomüsahibədə:

media-ads_728_90
Paylaş