Hakan Fidan və Abbas Ərakçi arasında telefon danışığı olub

media-ads_728_90

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranlı həmkarı Abbas Ərakçi ilə telefon danışığı olub.

“TV1” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Hakan Fidan İrandan atıldıqdan sonra Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını çatdırıb.

Bölgədəki gərginliyə diqqət çəkən Türkiyə XİN başçısı münaqişələrin yayılmasına səbəb olacaq hər cür addımdan qaçılmasının vacibliyini vurğulayıb.

media-ads_728_90
Paylaş