Haker hücumu nəticəsində "Aeroflot"un fəaliyyəti iflic oldu

media-ads_728_90

Haker hücumundan sonra “Aeroflot” aviaşirkətinin informasiya sistemində yaranmış nasazlıqla bağlı kompüter məlumatlarına qeyri-qanuni girişlə bağlı cinayət işi açılıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Prokurorluq yoxlamasının materialları əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci maddəsinin 4-cü hissəsi (kompüter məlumatlarına icazəsiz daxil olma) ilə cinayət işi açılıb”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş