HAMAS atəşkəs üçün bir neçə girovu azad edəcək
HAMAS Qəzza zolağında İd əl-Fitr bayramı müddətində atəşkəs üçün bir neçə girovu azad edə bilər.
“TV1” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Mənbələrin məlumatına görə, HAMAS İd əl-Fitr bayramı zamanı atəşkəs müqabilində bir neçə girovu, o cümlədən ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi azad etməyə hazırdır.
Bildirilib ki, fələstinlilərin Qəzzada HAMAS-ın idarəçiliyinə qarşı keçirdikləri etirazları yatırmaq üçün radikallara bir neçə günlük atəşkəs lazımdır.
Xatırladaq ki, Ramazan ayında ərəb ölkələrində orucluq pəhrizi bitdikdən sonra İd əl-Fitr bayramını qeyd edirlər.