HAMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar aparır
HAMAS-ın Qahirəyə göndərdiyi nümayəndə heyəti misirli həmkarları ilə Qəzzə zolağında atəşkəsi müzakirə edir.
“TV1” xəbər verir ki, bu barədə bəyanat teleqram kanallarında paylaşılıb.
Bildirilir ki, HAMAS rəhbərliyinin nümayəndələri aprelin 26-sı səhər saatlarında Qahirəyə gəliblər. Misir rəsmiləri ilə Qəzzada atəşkəs və hərtərəfli razılaşma çərçivəsində İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsi barədə danışıqlara başlayıblar.