Harvard Universiteti ABŞ prezidentini məhkəməyə verib

media-ads_728_90

Harvard Universiteti milyardlarl dollar həcminda yardımların ixtisarını dayandırması tələbi ilə Tramp administrasiyasını federal məhkəməyə verib.

“TV1” xəbər verir ki, ötən həftə Ağ Evin rəhbəri Donald Tramp federal büdcədən ali təhsil müəssisəsinə ayrılan 2.2 milyard dollarlıq vəsaiti dondurub və universitetin “vergidən-azad” statusunu ləğv etməklə hədələyib.

Maliyyələşdirmədən əlavə, bir neçə gün öncə Tramp administrasiyası Harvard Universitetinin beynəlxalq tələbələri qəbul etmək imkanını məhdudlaşdırmaqla hədələmişdi.

Tramp administrasiyası bu ölçülərin universitetdə “müxtəliflik” təşəbbüsləri və “antisetmizmə” qarşı mübarizə məqsədi daşıdığını əmin edirdi.

media-ads_728_90
Paylaş