Hər kəs Yaxın Şərqdə baş verən böyük möcüzədən danışır - Tramp
“Suriyanın yeni Prezidenti Əhməd Hüseyn Əl Şaraa ilə görüşmək mənim üçün xoş oldu”.
“TV1” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb.
O bildirib ki, görüşdə Suriya liderinin da tərəfdarı olduğu Yaxın Şərqdə sülhün bütün incəlikləri müzakirə olunub.
“Yenidən görüşməyi və danışmağı səbirsizliklə gözləyirəm. Hər kəs Yaxın Şərqdə baş verən böyük möcüzədən danışır. Sabit və uğurlu Suriyanın olması regiondakı bütün ölkələr üçün çox vacibdir”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova








