Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

media-ads_728_90

Azərbaycan Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində audit keçirir.

“TV1” xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq palatadan bildirilib.

“Hazırda audit prosesi davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi qanuna uyğun olaraq tənzimlənir”, – deyə cavabda qeyd olunur.

Xatırladaq ki, aprelin 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.

media-ads_728_90
Paylaş