Hindistanda 18 hava limanı bağlandı
Cammu və Kəşmir bölgəsindəki Srinqar da daxil olmaqla Hindistanın 18 hava limanı bölgədəki vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb, 200-ə yaxın uçuş ləğv edilib.
“TV1” xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazıb.
“Aviaşirkətlər müxtəlif hava limanlarına və bu aeroportlardan 200-dən çox reysi ləğv edib. Təkcə “IndiGo” aviaşirkəti 160 reysi ləğv edib”, – deyə nəşr mənbələrə istinadən bildirib.
Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində 26 nəfər ölüb, 46 nəfər xəsarət alıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və Hindistanın beş qırıcısı vurulub.