Hindistanda partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB/VİDEO
Hindistanda Yeni Dehlidə avtomobilin partlaması nəticəsində həlak olanların sayı 12-yə çatıb.
“TV1” xəbər verir ki, bu barədə yerli hüquq mühafizə orqanları məlumat yayıb.
Hadisə noyabrın 10-da tarixi Qırmızı qala yaxınlığında baş verib.
11:31
Hindistanın Yeni Dehli rayonunda avtomobil işıqforda partlayıb. Ölkənin hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirir.
“TV1” BBC-ə istinadən xəbər verir ki, noyabr 10-da axşam Yeni Dehlidəki tarixi Qırmızı Qalanın yaxınlığında avtomobil işıqforda partlayıb.
Hindistanın daxili işlər naziri Amit Şahın sözlərinə görə, hadisə zamanı səkkiz nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Hadisədən sonra Yeni Dehlidə, eləcə də qonşu Uttar-Pradeş ştatında, Mumbayda Bihar, Kerala və bir neçə digər ştatda yüksək həyəcan elan edilib.








