Horadiz kəndinin 80 faizi minalardan təmizlənib
“İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları sürətlə davam etdirilir”.
“TV1” xəbər verir ki, bunu ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, minatəmizləmə əməliyyatları 3 üsulla aparılır, mexaniki vasitələrlə, itlərin dəstəyi ilə və əllə.
“Füzuli rayonunun Horadiz kəndində də minatəmizləmə fəaliyyəti davam etdirilir. Artıq bu kəndin 80 faizi minalardan partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə işğaldan azad edilmiş ərazilər minalarla həddindən artıq çirkəndirildiyindən minatəmizləmə fəaliyyəti zamanı ANAMA əməkdaşları qarışıq tipli mina sahələri ilə də üzləşirlər. Bu sahələrin mina xəritələri mövcud olmadığından qurğuların quraşdırılma sıxlığı və ardıcıllığı bilinmir. Əsas təhlükə isə ən çox taxta və plastik gövdəli minaların illər keçdikçə hava şəraitinin təsiri altında deformasiyaya uğraması və partlayıcı qurğuların kənar təsir olmadan işə salınmasıdır”.