“Hyatt Regency” kompleksində yerləşən “Naxçıvan” hoteli sökülür - VİDEO 

media-ads_728_90

“Hyatt Regency” kompleksində yerləşən “Naxçıvan” hoteli sökülür.

“TV1” xəbər verir ki, Bakıda ilk 5 ulduz hotel kimi fəaliyyətə başlayan hotelin hazırda söküntü prosesi həyata keçirilir.

Məlumatlara görə, paytaxtın İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəşisməsində “Hyatt Regency” kompleksində yerləşən “Naxçıvan” hoteli sökülərək yerində eyni hündürlükdə müasir standartlara uyğun yeni binanın inşasına yaxın zamanda start veriləcək.

Qeyd edək ki, “Naxçıvan” hotelinin binası ötən əsrin ortalarında inşa edilib və uzun illər mehmanxana kimi istismar edilib. 2000-ci il noyabrın 25-də Bakıda 6,8 bal gücündə baş vermiş zəlzələdə bina ciddi ziyan görüb. Zəlzələdən sonra binada müəyyən bərkitmə və təmir işləri aparılsa da, hotel hazırda istismara yararsız vəziyyətdədir.

Aparılan yoxlamalar zamanı məlum olub ki, binanın zirzəmisi və daxili konstruksiyası yararsız vəziyyətə düşüb. Binanın əsas dayaqları ciddi zərər görüb, dəmir-beton konstruksiyası erroziyaya uğrayıb. Binanın istismarının davam etdirilməsi ciddi təhlükə mənbəyinə çevrilib.

“TV1” görüntüləri təqdim edir:

media-ads_728_90
Paylaş