I-IV qrupların imtahan nəticələri gələn həftə açıqlanacaq - RƏSMİ
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin nə vaxt elan olunacağına aydınlıq gətirib.
“TV1” xəbər verir ki, DİM-dən bildirilib ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftənin sonuna kimi elan olunması nəzərdə tutulur.
“Nəticələr hazır olan kimi elan olunur, konkret vaxt demək mümkün deyil”, – deyə DİM bəyan edib.