I və IV ixtisas qrupları üzrə imtahanların cavabları təqdim olunub
Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) Youtube kanalı vasitəsilə canlı yayım edilib və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat verilib. Qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunub.
“TV1” xəbər verir ki, iyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.