İclasa 5 dəqiqə gecikən yaponiyalı nazir hər kəsdən üzr istədi - VİDEO

media-ads_728_90

Yaponiyalı nazir Nazirlər kabinetinin iclasına 5 dəqiqə gecikib. O, buna görə ölkə ictimaiyyətindən üzr istəyib.

“TV1” xəbər verir ki, foyedən sürətlə qaçaraq keçən ölkənin İqtisadi Təhlükəsizlik naziri toplantıya qatılıb.

Nazir daha sonra kameraların qarşısına keçib və toplantıya gecikdiyinə görə, hər kəsdən üzr istəyib:

“Magistral yol boyu hərəkət etdik. Amma yolda qəza baş verdi və nəqliyyatın tamamilə dayanmasına səbəb oldu. Risklərin idarə edilməsi məsələlərində daha diqqətli olmağa çalışacağam. Hər kəsdən üzr istəyirəm.”

media-ads_728_90
Paylaş