İctimai Birlik sədri: İnsan alveri qurbanlarının təqribən 80 faizi sosial şəbəkələr vasitəsilə tora salınır

media-ads_728_90

İnsan alveri ilə əlaqədar dünyada cinayətlər çoxalır, qurbanların təqribən 80 faizi sosial şəbəkələr vasitəsilə tora salınır.

“TV1” xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, sosial şəbəkələrin inkişafı Nazirlər Kabinetinin insan alveri qurbanlarının müəyyən edilməsi Qaydalarına (indikatorları) yenidən baxılması zərurətini doğurub:

“Hazırda bu indikatorlar müasir tələblərə cavab vermədiyi üçün onların yenilənməsini təklif edirik. Həmçinin insan alveri ilə mübarizə sahəsində sosial proqramların da yenilənməsi vacibdir”.

M.Zeynalovanın sözlərinə görə, insan alveri qurbanları arasında yenidən qurbana çevrilənlər də olur:

“Son 20 il ərzində insan alverinin qurbanına çevrilən şəxslərdən cəmi altı nəfəri təkrar qurbana çevrilib. Bu, Azərbaycandan insan alverinə dair hesabat tələb edən beynəlxalq təşkilatlara göstərilməli ən yaxşı faktdır”.

media-ads_728_90
Paylaş