İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsindəki çətinlik aradan qaldırılıbmı?
Bu gün səhər saatlarında Bakının ictimai nəqliyyatında gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb.
“TV1” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iməlumatında bildirilir.
Qeyd olunur ki, hazırda sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər:
“Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb. Səbəb QR generasiyasında texniki problemin yaranmasıdır”.