İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək - Türkiyə Prezidenti
“Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm”.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb.
O əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması bu istiqamətdə mühüm addımdır.