İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib - FOTO
Oktyabrın 10-da Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
“TV1” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.