İlham Əliyev İspaniya Kralını təbrik edib

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeni ölkənin milli bayramı münasibətilə təbrik edib.

“TV1” xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

media-ads_728_90
Paylaş