media-1200x100-50faiz

İlin ən yaxşı filmi "Anora" 5 nominasiya üzrə “Oskar” mükafatına layiq görüldü

media-ads_728_90

İlin ən yaxşı filmi seçilən “Anora” 5 nominasiya üzrə “Oskar” mükafatına layiq görüldü.

“TV1” xəbər verir ki, Los-Ancelesdə Amerika Kino Akademiyasının 97-cı “Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib.

Los-Anceles şəhərindəki “Dolby” teatrında baş tutan mərasimdə “Oskar” mükafatının əsas qalibləri müəyyənləşib.  “Anora” filmi 97-ci Akademiya Mükafatlarında “Ən yaxşı film” nominasiyasında Oskar qazanıb.

Bundan əlavə, “Anora” filminin rejissoru Sean Baker ən yaxşı rejissor mükafatı, həmçinin ən yaxşı montaj və ən yaxşı orijinal ssenari üzrə Oskar mükafatlarını alıb.

“Ən yaxşı qadın rolu” mükafatına isə “Anora” filmindəki roluna görə Mayki Medison layiq görülüb. Rusiyalı aktyor Yura Borisov “Anora” filmindəki ikinci plan roluna görə “Oskar”a namizəd olsa da, bu kateqoriya üzrə mükafat Kieran Kalkinə (Real Pain) verilib.

media-ads_728_90
Paylaş