İlin ikinci Günəş tutulması başlayıb

media-ads_728_90

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

“TV1” xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq.

Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

media-ads_728_90
Paylaş