İnam Kərimov: "Məhkəmə sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir"
“Məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilir, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir”.
“TV1” xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının növbəti iclasında Şuranın sədri İnam Kərimov deyib.
O, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
İclasda məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.
Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.
İclasda həmçinin intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq qərarlar qəbul edilib.