İndoneziyada partlayış olub - 54 nəfər yaralanıb

media-ads_728_90

İndoneziyanın paytaxtı Cakartada məktəb kompleksinin içərisindəki məsciddə cümə namazı zamanı partlayış baş verib və nəticədə 54 nəfər yaralanıb.

“TV1” xəbər verir ki, yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Xüsusi təyinatlı bölmələr və fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerindədir.

Hakimiyyət orqanları hadisənin təfərrüatlarını araşdırmağa başlayıb. İnsidentin səbəbi hələlik müəyyən edilməyib.

media-ads_728_90
Paylaş