İngiltərə ilə Almaniya arasında “Birgə Bəyannamə” imzalanıb
İngiltərə ilə Almaniya arasında müdafiə sahəsində “Birgə Bəyannamə” imzalanıb.
“TV1” xəbər verir ki, Bəyannamə çərçivəsində müdafiə sənayesinin gücləndirilməsi, silah və sursat istehsalı və tədarükü sahəsində yaxından əməkdaşlıq edilməsi nəzərdə tutulur.
Bildirilib ki, “Birgə Bəyannamə” Ukraynaya yardımın koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.