Sosial şəbəkələrdə yeniyetmələrin canlı yayımına QADAĞA
“Meta” korporasiyası “Facebook”, “Messenger” platformalarında həmçinin “Instagramda” həddi-buluğa çatmamış istifadəçilərin təhlükəsizliyi məqsədilə qaydaları sərtləşdirir.
“TV1” xəbər verir ki, yeni qaydaya görə, yaşı 16-a çatmamış istifadəçilər “Instagram” sosial şəbəkəsində canlı yayım funksiyalarından istifadə edə bilməyəcək.
Bunun üçün onların valideynlərinin razılığı tələb olunacaq.
Bundan başqa, onların ismarıcda göndərdiyi fotoşəkillərdə alqoritm çılpaq təsvir aşkarlayacağı təqdirdə, onlara avtomatik olaraq “blur” (bulanıq təsvir) effekti veriləcək. O nun deaktivasiyası üçün də valideynin icazəsi lazım gələcək.