İpoteka kreditləri ilə bağlı AÇIQLAMA

media-ads_728_90

Bu ilin fevralında ipoteka kreditlərinin maliyyələşdirilməsinə büdcədən vəsait ayrılmayıb.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Qeyd olunur ki, hesabat dövründə banklar tərəfindən əhaliyə 24,3 milyon manat ipoteka krediti verilib. Ötən ilin fevral ayında bu rəqəm 36,1 milyon manat olub.

İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına banklar tərəfindən ayrılan vəsaitin həcmi 64369,7 manat olub. Kreditlər üzrə faiz dərəcəsi 6,37% təşkil edib.

Yeri gəlmişkən, Fondun kredit faizləri ötən illə müqayisədə artıb. Ötən ilin fevralında ipoteka kreditləri üzrə faizlər 6,34% təşkil edib.

media-ads_728_90
Paylaş