İran-ABŞ danışıqlarının II raundu BAŞLAYIB

media-ads_728_90

Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb.

“TV1” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Danışıqlara İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edirlər.

Qeyd edək ki, İran və ABŞ arasında danışıqların ilk raundu 12 apreldə Omanda keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilib.

media-ads_728_90
Paylaş