İran ABŞ ilə danışıqların bərpası üçün şərtini AÇIQLADI
“İran ABŞ ilə danışıqlar prosesində diplomatiyanın səmərəliliyinə əmin olmalıdır”.
“TV1” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
O bildirib ki, diplomatiyaya mənfi damğa və etiket vurulmamalıdır:
“Diplomatiya bir vasitə və fürsətdir. Biz heç bir halda milli hüquq və maraqlarını təmin etmək üçün ölkəni bu vasitədən məhrum edə bilmərik”.