İran ABŞ-la heç bir danışıq aparmayacaq - Əli Laricani
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Wall Street Journal”ının danışıqlarla bağlı yaydığı xəbəri təkzib edib.
“TV1” xəbər verir ki, Əli Laricani “X” hesabında İranın ABŞ-la heç bir danışıq aparmayacağını yazıb.
Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal”da İranın ABŞ-la danışıqları bərpa etmək üçün müraciət etdiyi barədə xəbər yayılıb.








