İran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləyib - RƏSMİ
İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
“TV1” xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.
“İslam İnqilabının ali rəhbəri şəhid olub”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
“Tasnim” agentliyi isə bildirib ki, Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub.
Qeyd edək ki, İran tərəfindən ali dini liderin öldürülməsi ilə bağlı məlumat təsdiqlənmədən əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyü barədə məlumat açıqlamışdı.








