İran Azərbaycana səfir təyin edəcək
“Məsud Pezeşkianın Azərbaycana səfəri gündəmdədir”.
APA xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
İ.Bəqai İran prezidentinin Azərbaycana səfəri ilə bağlı deyib:
“Prezidentin Azərbaycana səfəri gündəmdədir. Səfərin vaxtı və digər məqamlar azərbaycanlı həmkarlarla müzakirə edilir”.
O, eyni zamanda, İranın Azərbaycana səfirinin təyinatı ilə bağlı da məlumat verərək bildirib:
“Hazırda bu proses davam edir. Bu, tezliklə yekunlaşacaq”.