İran bu dövlətlərdən kömək istədi - Müharibəni dayandırmaq...

media-ads_728_90

İran İslam Respublikası tez bir zamanda atəşkəs əldə etməyə çalışır və vasitəçilik üçün dövlət başçılarına müraciət edir.

“TV1” xəbər verir ki, bu barədə İsrailin “israelhayom” nəşri məlumat yayıb.

Bildirilir ki, İran Prezidenti Məsud Pezeşkian və XİN rəhbəri Abbas Araqçı Qətər, Oman və Kiprə müraciət edib.

Nəşr yazır ki, Məsud Pezeşkian və Abbas Araqçı ərəb ölkələri, Avropa və Rusiyaya müraciətləri əhatə edən geniş diplomatik kampaniya aparır, eyni zamanda müharibənin davam etməsinə yalnız ABŞ lideri Donald Trampın mane olacağı açıq şəkildə bildirilir.
Hətta Vladimir Putinlə Donald Trampın dünənki söhbətində məsələ Rusiya prezidenti tərəfindən də gündəmə gətirilib. Görünür bu, İranın istəyi ilə baş verib. D.Tramp İsrail və İran arasında müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı ümumi bəyanat səsləndirib.
media-ads_728_90
Paylaş