İran İsraildə xəstəxanaya raket zərbəsi endirib
İran İsrail ərazisinə raket hücumları həyata keçirib.
“TV1” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, atılan ballistik raketlərdən biri Beer-Şeva şəhərində yerləşən “Soroka” xəstəxanasına düşüb.
Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
Ölkənin əksər bölgələrində hava hücumundan həyəcan siqnalları səslənir. Mülki əhaliyə isə sığınacaqlarda qalmaq tapşırılıb.
Təl-Əvivdə də raket zərbələrindən sonra dağıntılar qeydə alınıb.