İran nüvə silahı yaratmaq istəmir - Məsud Pezeşkian
İranın Prezidenti Məsud Pezeşkian bildirib ki, İran nüvə silahı yaratmaq niyyətində deyil, lakin nüvə enerjisi və tədqiqat hüququnu həyata keçirəcək.
“TV1” xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Bildirilir ki, Məsud Pezeşkian bunu Ali Rəhbər Əli Xameneyinin kütləvi qırğın silahlarına qarşı dini fərmanını təkrarlayarkən qeyd edib.