İran xalqı İsrailə qarşı müharibə başlatmayıb - Pezeşkian
İran xalqı müharibə başlatmayıb və bunu istəməyib, lakin indi İsrailin təcavüzünə qarşı vahid cəbhə ilə çıxış etməlidir.
“TV1” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışında bəyan edib.
“Biz müharibəyə can atmırdıq və onu başlatmadıq. Ölkənin yüksək rütbəli hərbçilərini və alimlərini öldürən biz deyildik”, – deyə İran Prezidenti bildirib.
O daha sonra qeyd edib: “İran təcavüzkar ölkə deyil. Biz bu gün hər zamankından daha çox birliyə və həmrəyliyə ehtiyac duyuruq. Bütün İran xalqı birləşməli və təcavüzə qarşı qətiyyətlə çıxış etməlidir”.
M.Pezeşkian əlavə edib ki, İran nüvə silahına sahib olmağa can atmır.