İrana hücumdan əvvəl nüvə obyektləri təxliyə edilib? - AÇIQLAMA
Məlum olduğu kimi, ABŞ iyunun 22-də İranın nüvə obyektlərinə zərbə endirib. ABŞ prezidenti Donald Tramp hücum nəticəsində İranın bütün nüvə obyektlərinin məhv edildiyini iddia edib.
“TV1” xəbər verir ki, İran dövlət televiziya şirkətinin rəhbərinin müavini Hasan Abedini ölkə rəhbərliyinin ABŞ-ın zərbə endirdiyi üç əsas nüvə obyektinin (Fordo, Natanz və İsfahan – red.) hücumdan əvvəl təxliyə etdiyini açıqlayıb.
“Zənginləşdirilmiş uran ehtiyatları nüvə mərkəzlərindən çıxarılıb və orada zərbəyə məruz qaldıqda radiasiya yaradacaq, soydaşlarımıza zərər vura biləcək heç bir material qalmayıb”, – deyə Abedini vurğulayıb.