İranda Azərbaycan vətəndaşları xəsarət alıb? - RƏSMİ
“İsrailin İrana hücumu nəticəsində xəsarət alan şəxslər arasında Azərbaycan vətəndaşının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb”.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
“Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı qaynar xətlərə məlumat daxil olmayıb”, – deyə o qeyd edib. /report/