İranda güclü zəlzələ olub - Xəsarət alanlar var 

media-ads_728_90

İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində bu gün səhər saatlarında 5 maqnitudalı zəlzələ olub. Zəlzələdə 19 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.

 

media-ads_728_90
Paylaş