İranda İsrailin hücumu nəticəsində 224 nəfər ölüb

media-ads_728_90

İranda İsrail Müdafiə Qüvvələrinin (İMQ) hücumu nəticəsində 224 nəfər ölüb.

“TV1” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin (SN) İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, son 65 saatda 1 481 nəfər xəstəxanaya yerləşdirilib:

“Onların 90 %-dən çoxu mülki şəxslərdir”.

SN nümayəndəsi 522 nəfərin evə buraxıldığını, 224 nəfərin isə öldüyünü vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Vaşinqtonda ikamət edən İranda İnsan Haqları Fəalları təşkilatı İMQ-nin zərbələri nəticəsində 406 nəfərin öldüyünü, 654 nəfərin isə yaralandığını irəli sürmüşdü.

media-ads_728_90
Paylaş