İranda limanda baş vermiş yanğın nəzarət altına alınıb

media-ads_728_90

İranın Bəndər-Abbas şəhərindəki Şəhid-Rəcai limanındakı yanğın nəzarət altına alınıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin bəyanatında bildirilir.

Bəyanatda alovun artıq nəzarət altına alındığı deyilir.

Qeyd olunur ki, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib.

Xatırladaq ki, aprelin 26-da limanda güclü partlayış baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkəyə “Be-200ÇS” və “İl-76” təyyarəsi göndərib. Baş verən partlayış nəticəsində 70 nəfər ölüb, 1200-dən çox insan xəsarət alıb.

media-ads_728_90
Paylaş