İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb - YENİLƏNİB/7/VİDEO
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə “Tasnim” xəbər yayıb.
Bildirilir ki, partlayışda ölən və xəsarət alanlarla bağlı məlumatı İranın daxili işlər naziri İskəndər Momeni açıqlayıb.
Hadisə nəyicəsində 6 nəfər itkin düşüb.
Partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyi iddia edilir.
Qeyd olunub ki, ölkədə fövqəladə vəziyyət elan edilib.
17:05 ———————————————————————————————————-
İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Şəhid Rəcai limanında baş vermiş güclü partlayış nəticəsində 4 nəfər ölüb.
“TV1” xəbər verir ki, bu barədə vilayət rəsmiləri açıqlama veriblər.
Qeyd olunub ki, yanğınsöndürmə ilə yanaşı, xilasetmə əməliyyatı davam etdirilir. Yanğının əhatəsinin çox geniş olduğu bildirilir.
16:05 ————————————————————————————————————
İranın cənubunda yerləşən Hörmüzqan vilayətində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.
“TV1” xəbər verir ki, bu barədə İranın Təcili Yardım Təşkilatının rəsmiləri açıqlama veriblər.
15:24___________________________________________________________________________________________________________
İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.
“TV1” xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıblar.
Qeyd edək ki, bir saat əvvəl açıqlanan digər məlumatda isə İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281-ə çatdığı bildirilib.
Hörmüzqan əyalət rəsmilərinin açıqladığı məlumatlara görə, 195 nəfər yerli xəstəxanalara yerləşdiriliblər.
Hazırda partlayışın səbəbləri araşdırılır.
14:32 _________________________________________________________________________________________________________
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsinin yaydığı məlumata görə, partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
14:22 _________________________________________________________________________________________________________
İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.
“TV1”xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.
Partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.
TASS-ın yaydığı məlumata görə, Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib ki, İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb.