İranda radiasıya yayılır? - Rafael Qrossi AÇIQLADI

media-ads_728_90

İranın Natanzdakı nüvə obyektinin qoruyucu perimetri daxilində radioaktiv fonun bir qədər artdığı qeydə alınıb, lakin bu, əhali və ya ətraf mühit üçün təhlükəli deyil.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi “Bloomberg TV” kanalına müsahibəsində bildirib.

“Natanzda ən çox zərər görmüş obyektin perimetri daxilində kiçik radioaktiv çirklənmə baş verib. Bunun əhaliyə birbaşa ziyanı yoxdur”, – deyə o qeyd edib.

media-ads_728_90
Paylaş