İranda məhkəmə binasına SİLAHLI HÜCUM - Ölən və yaralananlar var
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib.
“TV1” xəbər verir ki, “Azad Iran” kanalının məlumatına görə, bir neçə silahlı şəxs binaya soxulub.
Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var.
Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar.
Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.
10:58 ———————————————————————————————————————————–
Naməlum silahlı şəxslər İranın Sistan-Bəlucistan bölgəsinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum ediblər.
“TV1” xəbər verir ki, bu barədə İran medias məlumt yayıb.
Bildirilib ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.