İranda zavodda yanğın - Ölü və yaralılar var
İranın Buşəhr vilayətinin Bəndər Dayyer şəhərindəki “Kaveh” neft-kimya kompleksində anbarda yanğın baş verib.
“TV1” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur.