İrandan 40-a yaxın Çin vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib
İrandan Çinin 40-a yaxın vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib.
“TV1” xəbər verir ki, onlar Astara dövlət sərhədindən buraxılış məntəqəsindən ölkəyə keçiblər.
Çin vətəndaşları rəsmi prosedurlardan sonra ölkələrinə getmələri üçün avtobusla yola salınacaqlar.








