İrandan ABŞ-a sərt xəbərdarlıq: Vuracağıq!

media-ads_728_90

“ABŞ İsrailin başladığı hərbi əməliyyatlara qoşularsa, İran Yaxın Şərqdəki Amerika hərbçilərinə qarşı cavab zərbələri endirməyə hazır olacaq”.

“TV1” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı “NBC Nyus” telekanalına müsahibəsində bildirib.

“Müharibə gedirsə, tərəflər bir-birinə zərbə endirir. Bu, aydın məsələdir. Özünü müdafiə hər bir ölkənin qanuni haqqıdır,” – deyə nazir deyib.

O, vurğulayıb ki, əgər ABŞ Prezidenti Donald Tramp istəsəydi, bir telefon zəngi ilə İsraili İrana hücumu dayandırmağa razı sala bilərdi.

 

media-ads_728_90
Paylaş