İrandan Azərbaycan vasitəsilə bu ölkələrin vətəndaşları təxliyə olunub
İsrail-İran münaqişəsinin 11-ci günündə Azərbaycanın Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi ilə əvvəlki günlərə nisbətən rəsmi müraciət əsasında təxliyəsi həyata keçirilən xarici ölkə vətəndaşlarının sayında azalma müşahidə olunur.
“TV1” xəbər verir ki, son gün ərzində təxliyə edilənlər əsasən ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Portuqaliya, Xorvatiya, Çin, Şri-Lanka vətəndaşlarıdır.
Azərbaycana keçərkən onlara rahat hərəkət üçün şərait yaradılır, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilir və çay süfrəsinə dəvət olunurlar. Rəsmi gömrük prosedurlarından sonra avtobuslarla ölkələrinə yola salınırlar.